• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Daha bir həkim koronavirus xəstəsindən rüşvət aldığına görə HƏBS EDİLDİ

CƏMİYYƏT

23 Aprel 2021 | 17:42

Daha bir həkim koronavirus xəstəsindən rüşvət aldığına görə HƏBS EDİLDİ

Sabirabad rayon Mərkəzi Xəstəxanasının həkimi rüşvət aldığı üçün həbs edilib.

Sabirabad rayon prokurorluğundan Bakıvatxı.az-a verilən məlumatda bildirilir ki, Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon prokurorluğuna müraciəti daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026