• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

DƏHŞƏT: Üç mindən çox miqrant boğuldu

DÜNYA

30 Aprel 2022 | 09:03 | Müəllif: Subhan Mahmudov

DƏHŞƏT: Üç mindən çox miqrant boğuldu

2021-ci ildə 3 mindən çox qanunsuz miqrant Aralıq dənizi və Atlantik okeanı vasitəsilə Avropaya doğru keçmək istəyərkən boğulub və ya itkin düşüb.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) mətbuat katibi Şabia Mantu Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

BMT QAK-ın sözçüsü beynəlxalq ictimaiyyəti quru və dəniz yolu ilə təhlükəli səyahətlər zamanı qaçqınların və sığınacaq axtaranların qorunması üçün təcili dəstək verməyə çağırıb.

Onun sözlərinə görə, 2021-ci ildə Aralıq dənizində 1 924 nəfər və Şimali Afrikadan Kanar adalarına gedən 1 153 miqrant ölüb və ya itkin düşüb.

"Bu ilin əvvəlindən indiyədək daha 478 nəfər dənizdə ölüb və ya itkin düşüb", - Mantu qeyd edib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026