• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ukraynadan Ərdoğanın təklifinə CAVAB

DÜNYA

29 May 2022 | 23:22 | Müəllif: Subhan Mahmudov

Ukraynadan Ərdoğanın təklifinə CAVAB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı və rusiyalı həmkarları - Vladimir Zelenski və Vladimir Putini birgə telefon danışığı keçirməyə dəvət etdikdən sonra Ukrayna ilkin razılığını verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

O bildirib ki, Ukrayna tərəfi Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazırdır:

"Bu nə dərəcədə realdır, onu deyə bilmərəm. Bu razılaşmalar Türkiyə və Rusiya prezidenti arasında olub. O ki qaldı Ukrayna Prezidenti Aparatının mövqeyinə, Rusiya prezidenti razılıq versə, biz də buna baxacağıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026