• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sabah Türkiyə və İsveç siyasi məsləhətləşmələr keçirəcək

DÜNYA

28 Iyun 2022 | 21:01 | Müəllif: Subhan Mahmudov

Sabah Türkiyə və İsveç siyasi məsləhətləşmələr keçirəcək

Sabah Ankarada Türkiyə ilə İsveç arasında müntəzəm siyasi məsləhətləşmələr keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müntəzəm siyasi məsləhətləşmələr xarici işlər nazirinin müavini və Avropa İttifaqı üzrə direktor səfir Faruk Kaymakçı və İsveç dövlət katibi səfir Robert Rydberqin həmsədrliyi ilə baş tutacaq.

Siyasi məsləhətləşmələr çərçivəsində Türkiyə-İsveç ikitərəfli münasibətlərinin hərtərəfli müzakirə ediləcəyi, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026