Konyada dəhşətli hadisə baş verib.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
4 aydır şəhərdə itkin düşən 3 uşaq anası Bedriye Kılıçın əri Tayfur Kılıç tərəfindən boğularaq öldürüldüyü məlum olub. Qətli törətdiyini etiraf edən Tayfur həyat yoldaşını boğduqdan sonra uçurumdan atdığını söyləyib.
Qətli törədən şəxsin göstərdiyi uçurumda Bedriye Kılıçın meyiti 9 gündür qrup axtarışlarına baxmayaraq hələ də tapılmayıb.
Ziyafət Əlisoy


















