• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Özbəkistan Prezidenti 300-dən çox məhbusu ƏFV ETDİ

DÜNYA

07 Dekabr 2023 | 09:59

Özbəkistan Prezidenti 300-dən çox məhbusu ƏFV ETDİ

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Konstitusiyanın qəbulunun 31-ci ildönümü ilə əlaqədar bir qrup şəxsin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu sənədlə Özbəkistanda 334 nəfər əfv edilib.

Onlardan 34 nəfər əsas cəzanı çəkməkdən tam, 249 nəfər şərti olaraq cəza çəkməkdən azad edilib, 6 nəfərə təyin edilmiş cəza daha yüngül cəza ilə əvəz edilib. Bundan başqa, 45 nəfərin cəza müddəti azaldılıb.

Əfv olunanlar arasında 18-i xarici ölkə vətəndaşı, 23-ü qadın, 15-i 60 yaşdan yuxarı şəxs, 88-i isə qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak etmiş şəxslərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026