• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

ABŞ dövlət katibi Türkiyədə səfərdədir - YENİLƏNİB

DÜNYA

05 Yanvar 2024 | 22:44 | Müəllif: Subhan Mahmudov

ABŞ dövlət katibi Türkiyədə səfərdədir - YENİLƏNİB

ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "X" hesabında bildirib.

    “Dövlət katibi Blinken İstanbula gəlib. Türkiyə uzunmüddətli tərəfdaş, NATO-nun dəyərli müttəfiqidir və Qəzzada münaqişənin yayılmasının qarşısının alınması da daxil olmaqla regional təhlükəsizlik məsələlərinin həllində mühüm rol oynayır", o, paylaşımında bildirib.


    ***

    21:01

    ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfərə gəlib.

    Bakıvaxtı.az xəbər verir ki, Blinkenin Türkiyədəki təmasları çərçivəsində xarici işlər naziri Hakan Fidan ilə görüşü və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

    Qeyd edək ki, ABŞ dövlət katibi Qəzzadakı hadisələri müzakirə etmək üçün Türkiyə və Yunanıstan da daxil olmaqla Yaxın Şərq ölkəri səfərinə başlayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR