• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"ABŞ Yaxın Şərqdə əlavə zərbələr endirmək niyyətindədir" - Sallivan

DÜNYA

04 Fevral 2024 | 18:32 | Müəllif: Subhan Mahmudov

"ABŞ Yaxın Şərqdə əlavə zərbələr endirmək niyyətindədir" - Sallivan

ABŞ Suriya, İraq və Yəməndəki hazırkı bombardmanlarla məhdudlaşmayacaq və İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NBC telekanalında bildirib.

“Biz əlavə zərbələr endirəcəyik və əlavə tədbirlər görəcəyik”, - o, deyib.

Qeyd edək ki, fevralın 3-də gecə saatlarında ABŞ Suriya və İraqa silsilə zərbələr endirib. Bu, İordaniyadakı Amerika bazasına pilotsuz təyyarə hücumuna cavab olub. Zərbələr pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara endirilib.

Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026