Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Daxili İşlər Nazirliyinin Braynsk vilayəti üzrə mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyanın səkkizinci sinif şagirdi odlu silahdan bir neçə dəfə atəş açıb.
Ölkənin Daxili İşlər Nazirliyi hadisə zamanı 3 nəfərin yaralandığını və insidenti törədən 8-ci sinif şagirdi Alina A. intihar etdiyini bildirib. Xəsarət alanlardan ikisinin vəziyyətinin orta ağər olduğu deyilir.
***
11:29
Rusiyanın Bryansk şəhərində 8-ci sinif şagirdi qız məktəbdə odlu silahdan atəş açıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi hadisə zamanı 3 nəfərin yaralandığını bildirib.
Hadisəni törədən 8-ci sinif şagirdi Alina A. insidentdən sonra intihar edib.
***
11:22
Rusiyanın Bryansk şəhərində 8-ci sinif şagirdi qız məktəbdə odlu silahdan atəş açıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Bryansk şəhər administrasiyası hadisə zamanı 2 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.
Ölənlərdən birinin hadisəni törədən qızın özü olduğu ehtimnal edilir.
***
11:15
Rusiyada məktəb şagirdi odlu silahdan atəş açıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyanın səkkizinci sinif şagirdi odlu silahdan bir neçə dəfə atəş açıb.
Məktəbli qızın atəş açması nəticəsində xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir./APA
















