Dəmirçi-Lahıc avtomobil yolunda çökmə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, yolun əsas hərəkət zolağı sürüşməyə məruz qalıb, iri yarğanlar yaranıb, asfalt qatı isə tamamilə sıradan çıxıb.
"Bütün yollar pis gündədir, hər yerdə uçurum yaranıb. Sürüşmə hər gün daha da artır, hərəkət etmək mümkünsüzdür", - sürücülərdən biri deyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə bildirilib ki, Dəmirçi-Lahıc yolu aktiv sürüşmə zonasında yerləşdiyi üçün yolun 6, 9 və 11-ci kilometrlik hissələrində tez-tez sürüşmələr baş verir. Əraziyə canlı qüvvə və texnika cəlb olunub, nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunur. (baku.tv)