• Bakı 21° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Deputat dərmanların bahalığından DANIŞDI: "Problem həll olunmur"

CƏMİYYƏT

06 Dekabr 2022 | 11:08 | Müəllif: Qalib İbrahimoğlu

Deputat dərmanların bahalığından DANIŞDI: "Problem həll olunmur"

"Qiyməti qalxan dərman preparatları dünya ölkələri üçün var olan problemlərdəndir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, dərman qıtlğı, xəstələrin düşdüyü vəziyyət bu işə ciddi yanaşmağı labüd edir.

"Burda əsas 3 səbəb var. Birincisi, beynəlxalq səbəblərdir. Yəni, pandemiyanın dünyanı ağuşuna alması səbəbilə dərman qıtlığı yaranıb. İkincisi səbəb Rusiya-Ukrayna müharibəsi, üçüncüsü isə ölkədaxili məsələdir, yəni, çevik reaksiya verən tənzimlənmə prosesinin qurulmamasıdır".

Deputat deyib ki, hər kəs problemin ciddiliyini anlayır, əfsuslar olsun ki, problem həll olunmur.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR