"Domino's Pizza" şirkətinin sahibi Rusiyada iflas proseduruna başlandığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, təşkilatın xarici borcu 520 milyon rubl qiymətləndirilir.
O, Türkiyə törəmə şirkəti tərəfindən mövcud vəsait hesabına tam ödənilib.
Sənəddə qeyd edilir ki, Rusiyada bizneslə məşğul olmaqda çətinliklər yarandığı üçün iflas proseduruna başlanılıb. Bu, "Domino's Pizza"nın ölkədə fəaliyyət göstərməməsi ilə nəticələnəcək.
















