Rusiya və İranın müdafiə nazirləri Sergey Şoyqu ilə Məhəmməd Rza Aştiani Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” yayıb.
Məlumata görə, nazirlər Cənubi Qafqazda regiondankənar qüvvələrin mövcudluğunu qəbuledilməz hesab etdiklərini vurğulayıblar.














