• Bakı 5° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

25 May 2024 | 00:14 | Müəllif: Subhan Mahmudov

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - RƏSMİ AÇIQLAMA

Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin doqquzuncu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb.

Bakıvaxtı.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yer alıb.

Həmin xəbərlərdə artıq yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub.

Məlumata görə, azyaşlı qız imtahanlarda yüksək nəticə göstərib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, məsələ artıq nəzarətə götürülüb. 16 yaşı tamam olan şəxs hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır.

Qeyd olunub ki, nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı yeniyetmənin valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR