“Azərsu” Açıq Səhmdar Cəmiyyəti elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “Azərsu” ASC-nin daxili vəsaiti hesabına bolt-qayka, anker və sancağın satın alınması üzrə tenderin qalibi “Global Supply Services Company” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qalib şirkətlə 159 min 688 manat dəyərində müqavilə imzalanacaq.
Sözügedən şirkət bundan öncə Müdafiə Nazirliyinin 201 nömrəli hərbi hissəsi üçün inşaat materialları, elektrik malları və avadanlıqlarının satın alınması tenderinin qalibi elan olunub. Şirkətlə 75 min manat dəyərində müqavilə imzalanıb (18.11.2022).
İbRa
















