İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı sahibkarlara müraciət edib.
Bu barədə Bakıvaxtı.az-a Dövlət Vergi Xidmətindən bildirilib.
Müraciətdə bildirilir ki, martın 7-nə vergi ödəyicilərinə xidmət mərkəzlərində əvvəlcədən tutulmuş və yaxud tutulacaq onlayn növbələr martın 5-də eyni saatda qüvvədə olacaq.
















