• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranda yeni qaz yatağı kəşf olundu

İQTİSADİYYAT

02 Aprel 2022 | 17:20 | Müəllif: Subhan Mahmudov

İranda yeni qaz yatağı kəşf olundu

İranın cənubunda yerləşən Fars vilayətinin Cəhrom rayonunda yeni qaz yatağı kəşf olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Məhəmməd Rza Rzayi deyib.

M.Rzayinin sözlərinə görə, Cəhrom rayonunda qaz yataqlarının kəşf edilməsi üzrə iki ildən çox araşdırmalar aparılıb.

Gələn aydan qaz yatağında quyuların qazılmasına başlanacaq.

İranlı parlamentari qeyd edib ki, qaz yatağının istifadəyə verilməsi ilə rayonda qaz emalı zavodunun tikilməsi mümkündür.

İranda hazırda 74 neft yatağı və 22 qaz yatağı var. İranın bütün karbohidrogen ehtiyatı isə 1,2 trilyon bareldir. İran mövcud texnologiya avadanlıqları ilə onun yalnız 340 milyard barelini çıxara bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026