Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsini dəyişilməz olaraq 7,75% olaraq saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun yeni sədri Taleh Kazımovun keçirdiyi mətbuat konfrasında məlumat verib.
Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi yenidən 6,25%, yuxarı həddi isə 9,25% olaraq müəyyən edilib. Bu qərar bu gündən qüvvəyə minir.
Qeyd edək ki, bu, Mərkəzi Bankın yeni İdarə Heyəti sədri Taleh Kazımovun dövründə qəbul edilən ilk faiz qərarıdır.
















