• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlətə vergi borcu olan şirkət məhkəməlik oldu

CƏMİYYƏT

20 Iyun 2023 | 16:09

Dövlətə vergi borcu olan şirkət məhkəməlik oldu

"Predo Azərbaycan” ticarət nişanı ilə tanınan “Vəlioğlu-2018” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, “Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsi “Vəlioğlu-2018” Məhdud Məsuliyyətli Cəmiyyətinə və bu şirkətin qanuni təmsilçisi Əkbərov Vəli Kazım oğluna qarşı iddia qaldırıb.

 İddia kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Kommersiya mübahisəsi hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumat bazasına əsasən “Vəlioğlu-2018” MMC-nin 3 milyon vergi borcu var.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026