• Bakı 22° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

DSMF birdəfəlik müavinəti vermir - ŞİKAYƏT

CƏMİYYƏT

29 Iyul 2021 | 10:50 | Müəllif: Subhan Mahmudov

DSMF birdəfəlik müavinəti vermir - ŞİKAYƏT

Yeni doğulan körpəyə görə təyin edilən birdəfəlik 200 manat məbləğində müavinət Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən vətəndaşa verilmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə axar.az-a Cəlilabad rayonu Privolnoye kənd ərazi nümayəndəliyindən bildirilib.

Vurğulanıb ki, DSMF-yə doğum haqqında arayışın əsli poçt vasitəsi ilə də göndərilib. Lakin Elşən İbrahim oğlu Əmirovun müraciətinə cavab verilmir.

Məsələ ilə bağlı saytımıza açıqlama verən DSMF-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili birdəfəlik müavinətlə bağlı haqq-hesab cədvəlinin aprel ayının 30-da elektron qaydada təqdim edildiyini bildirib:

“Doğum haqqında arayışın əsli isə müşayiətedici məktubla sığorta edən tərəfindən uzun müddət göndərilmədiyinə görə sənəd 18 iyul tarixində geri qaytarılıb. Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Privolnoye kənd ərazi nümayəndəliyi tərəfindən iyulun 1-də doğum haqqında arayışın əsli müşayiətedici məktubla DSMF-yə təqdim olunub. Lakin elektron formada Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi üzərindən göndərilməyib. Bu səbəbdən vətəndaş sığortaedənə müraciət etməlidir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR