• Bakı 26° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

DTX bu rayonda əməliyyat keçirdi - İcra başçısı saxlanıldı - YENİLƏNİB

CƏMİYYƏT

20 Iyun 2025 | 15:28

DTX bu rayonda əməliyyat keçirdi - İcra başçısı saxlanıldı - YENİLƏNİB

Qaxda saxlanılan icra başçısı və digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə, icra başçısı Musa Şəkiliyev, müavinləri və digər vəzifəli şəxslər rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada şübhəli bilinir.

DTX tərəfindən istintaq hərəkətləri davam etdirilir.

***

14:38

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

Bakıvaxtı.az News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, o bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.


SON XƏBƏRLƏR

12 Iyul 2025