• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Dünya çempionu öz avtomobilində güllələndi

İDMAN

13 Yanvar 2023 | 19:58 | Müəllif: Subhan Mahmudov

Dünya çempionu öz avtomobilində güllələndi

Praktiki atıcılıq üzrə dünya çempionu Xorxe Balyesteros şəxsi avtomobilində güllələnib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Marca" xəbər portalı məlumat yayıb.

39 yaşlı kişi Madriddə ticarət mərkəzinin qarşısında dayanmış avtomobilində başından güllə yarası ilə tapılıb. Zərərçəkən xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Hüquq-mühafizə orqanları ölümün səbəbinin intihar ola biləcəyini istisna etmir.(milli.az)

2017-ci ildə Balyesteros praktiki atıcılıq üzrə dünya çempionatının qalibi olub. O, üçqat Avropa çempionu və 17 qat İspaniya çempionu olub. İlk çempionluğunu 18 yaşında qazanıb. O, polis zabiti olub. Balyesteros evli olub, onun iki uşağı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026