• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Səbail” “Uypeşt”dən futbolçu transfer etdi

İDMAN

10 Fevral 2023 | 13:54

“Səbail” “Uypeşt”dən futbolçu transfer etdi

“Səbail” Macarıstanın “Uypeşt” klubunun futbolçusu Matiya Lyuyiçi transfer edib.

Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Bakı klubu ilə artıq rəsmi müqavilə imzalayıb.

Serbiyalı pleymeyker sabah Azərbaycana gələrək, yeni komandasına qoşulacaq. Lyuyiç “Səbail”lə mövsümün sonuna qədər müqavilə bağlayıb. Razılığa əsasən, futbolçunun çıxışı qənaətbəxş olsa, sözləşmə daha 1 il müddətinə uzadılacaq.

Serbiyada “Teleoptik” klubunun yetirməsi olan Matiya Lyuyiç karyerası ərzində “Partizan”, “Mladost”, “Jalgiris” (Litva), “Vellinqton Feniks” (Avstraliya), “Belenenseş” (Portuqaliya, “Qanqvun” (Cəbubi Koreya), “Bney Yehuda” və Hayfa “Hapoel”inin (hər ikisi İsrail) formasını geyinib. O, 2022-ci ilin yayından “Uypeşt”də çıxış edib.

Qeyd edək ki, qış fasiləsində Şahin Diniyevi baş məşqçi postuna gətirən “Səbail” David Qomisi transfer edib, Adil Nağıyevi isə icarədən qaytarıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026