• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Millimizin oyunu bu hakimlərə tapşırıldı

İDMAN

11 Fevral 2023 | 12:20

Millimizin oyunu bu hakimlərə tapşırıldı

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsində Yunanıstanla keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan referilər idarə edəcəklər.

Eduardu Koelyu birinci, Kristianu Santus ikinci, Felipe Duarte üçüncü hakim kimi iş başında olacaqlar. Xorvatiyalı Edi Sunjiç hakim-inspektor kimi Bakıya səfər edəcək. Matçın UEFA nümayəndəsi isə Hyugen Kim Robin (Norveç) olacaq.

Qeyd edək ki, martın 3-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan oyunu saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR