• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Qarabağ" - "Gent" oyunu sükutla başlayacaq

İDMAN

10 Fevral 2023 | 20:01 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" - "Gent" oyunu sükutla başlayacaq

"Qarabağ"ın Bakıda Belçika "Gent"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar qəbul edib.

"Qarabağ" - "Gent" matçı ilə yanaşı, gələn həftə avrokuboklarda baş tutacaq digər görüşlərdə də Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026