• Bakı 22° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Dünya əhalisinin sayı bu tarixdə pik həddə çatacaq - BMT

DÜNYA

13 Iyul 2024 | 18:38

Dünya əhalisinin sayı bu tarixdə pik həddə çatacaq - BMT

Yaxın 60 ildə dünya əhalisinin sayı artmaqda davam edəcək və 2080-ci illərin ortalarına qədər 10,3 milyarda çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti məlumat yayıb.

“Dünya əhalisinin hələ 50-60 il artmağa davam edəcəyi və bu rəqəmin 2080-ci illərin ortalarında təxminən 80 milyarda çatacağı gözlənilir. Əhalinin sayının pik həddə çatdıqdan sonra əsrin sonuna qədər tədricən 10,2 milyard nəfərə enərək azalmağa başlayacağı proqnozlaşdırılır”, - təşkilatın hesabatında qeyd olunub.

2024-cü ilin məlumatına görə, Yer kürəsində 8,2 milyard insan yaşayır.


SON XƏBƏRLƏR