Egey dənizində zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, Egey dənizində 4 bal gücündə zəlzələ baş verib.
Bildirilib ki, səhər saat 12.52-də baş verən zəlzələnin episentri Çanaqqalanın Ayvacık rayonu sahillərində olub. Zəlzələ yerdən 7 kilometr dərinlikdə qeydə alınıb.
















