• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Əjdər Ol Ali Məhkəməyə MÜRACİƏT ETDİ

CƏMİYYƏT

08 Avqust 2023 | 09:32

Əjdər Ol Ali Məhkəməyə MÜRACİƏT ETDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyev (Əjdər Ol) kassasiya şikayəti verib.

Bakıvaxtı.az xəbər verir ki, Əjdər Ol cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət onunla əsaslandırılır ki, məhkum istintaq dövründə iş üzrə dəymiş ziyanı tam ödəyib, həmçinin səhhəti ilə bağlı narahatlıq yaşayış.

İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial mqdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026