• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bu ərazilərdə qaz olmayacaq

CƏMİYYƏT

07 Sentyabr 2023 | 00:21 | Müəllif: Subhan Mahmudov

Bu ərazilərdə qaz olmayacaq

Bu gün saat 10:00-dan “Keşlə” QPS-də dörd ədəd istismara yararsız siyirtmənin yenisilə əvəz olunması və “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Göyçay-1” QPS-də iki ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq əvəzinə yeni siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə, S.Orucov küçələrinin, Ağ Şəhər, Babək və Xocalı prospektlərinin, eləcə də Göyçay rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026