• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda azyaşlı darvazanın altında qalaraq öldü

CƏMİYYƏT

06 Sentyabr 2023 | 23:57 | Müəllif: Subhan Mahmudov

Bakıda azyaşlı darvazanın altında qalaraq öldü

Bakının Xəzər rayonunda 9 yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb.

Bu zaman 2014-cü il təvəllüdlü Cəlilli Ramiz Telman oğlu darvazanın altında qalıb. Uşaq ağır bədən xəsarətləri alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt üzrə araşdırma aparılır.

Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon Şöbəsinə verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026