• Bakı 16° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Elgiz Alxanov həbs edildi - YENİLƏNİB

CƏMİYYƏT

05 Dekabr 2024 | 21:33

Elgiz Alxanov həbs edildi - YENİLƏNİB

"Həyat üçün şans" reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasientlərdən birinin işgəncə nəticəsində ö|məsidir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyinə dair də araşdırma aparılır.

***

21:14

"Həyat üçün şans" reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Ona qarşı irəli sürülən ittiham məlum deyil.

Qeyd edək ki, "Həyat çün şans" reabilitasiya mərkəzi narkomaniya, alkoqol və qumar asılılığından əziyyət çəkənlərə yardım edir. 


SON XƏBƏRLƏR