• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Baş nazirdən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı QƏRAR

CƏMİYYƏT

13 Oktyabr 2022 | 12:47

Baş nazirdən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı QƏRAR

Dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradılıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Belə ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR