• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Əlində kəsilmiş başla məhkəmə binasına getdi - VİDEO

DÜNYA

30 Iyun 2022 | 13:17

Əlində kəsilmiş başla məhkəmə binasına getdi - VİDEO

Almaniyada kişi əlində kəsilmiş başla məhkəmə binasına gəlib və hər kəsin gözü qarşısında onu pilləkənlərin üstünə qoyub.

Bakıvaxtı.az xəbər verir ki, qorxunc hadisə Bonn şəhərində qeydə alınıb.

Şahidlər dərhal polisə məlumat veriblər.

“Kişi başın bir neçə metrliyində oturmuşdu. Mən sadəcə saça diqqət yetirdim və əvvəlcə bunun oyuncaq ayı olduğunu düşündüm. Daha sonra polis gəlib orada oturan şəxsi həbs etdi. Sonra, deyəsən, mərhumun yaxınları gəldilər, yəqin ki, onu identifikasiya etdilər, sonra göz yaşları içində getdilər”, - deyə şahidlərdən biri danışıb.

38 yaşlı kişi hadisə yerində saxlanılıb. O, heç bir müqavimət göstərməyib və etiraf edib ki, qətlə yetirilən şəxsin meyitini məhkəmə binasından bir qədər aralıda, Reyn çayının sahilində qoyub.

Ölən şəxs 44 yaşlı kişi olub. Həm şübhəli, həm də qurbanı evsiz olublar, onların əlaqəsinin təfərrüatı araşdırılır. Qətldə istifadə olunan silah hələ də tapılmayıb.

Cinayət işi açılıb, istintaqa başlanılıb.


SON XƏBƏRLƏR

18 Mart 2024