Gəmidə baş verən nasazlığa görə bağlanmış İstanbul boğazında hərəkət bərpa olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi xəbər yayıb.
Məlumata görə, mühərrikində nasazlıq yaranan gəmi təhlükəsiz əraziyə dartıldıqdan sonra boğazda hərəkət hər 2 istiqamətdə adi rejimdə advam edir.
***
29 iyul, 21:54
Gəmidə baş verən nasazlığa görə İstanbul boğazında naviqasiya hər 2 istiqamətdə dayandırılıb.
Bakıvaxtı.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Misirdən Bolqarıstana hərəkət edən SPARTA adlı gəmidə Yavuz Sultan Səlim körpüsü yaxınlığında nasazlıq yaranıb.
Türkiyəyə məxsus 2 yedəkçi gəmi 134 metrlik nasaz gəmini kənarlaşdırmaq üçün əməliyyata başlayıb. Bu səbəbdən boğazda hərəkət hər 2 istiqamətdə dayandırılıb.
















