• Bakı 18° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Elmira Süleymanova dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

25 Aprel 2024 | 15:34

Elmira Süleymanova dəfn edildi - YENİLƏNİB

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

    ***

    15:11

    Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    E.Süleymanovanın cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.

    ***

    15:04

    Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.

    Bakıvaxtı.az xəbər verir ki, o, aprelin 25-də günorta saatlarında 87 yaşında vəfat edib.

    ***

    14:57

    Təzə Pir məscidində Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi keçirilir.

    Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

      ***

      14:11

      Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

      Bakıvaxtı.az xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.

      Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub.

      1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.

      Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil alıb, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor rütbəsi alıb.

      E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

      O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.


      SON XƏBƏRLƏR

      04 May 2024