q
  • Bakı 11° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Əmək bazarına uyğun kadr hazırlığı üzrə əməkdaşlıq genişləndirilir

    CƏMİYYƏT

    23 Aprel 2026 | 14:15

    Əmək bazarına uyğun kadr hazırlığı üzrə əməkdaşlıq genişləndirilir

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri arasında görüş keçirilib.

    Bu barədə Bakıvaxtı.az-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

    Bildirilib ki, görüş zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verərək aktiv məşğulluq tədbirləri, həyata keçirilən layihələr və aparılan islahatlar barədə danışıb. O, xüsusilə gənclərin əmək bazarına inteqrasiyası, peşə hazırlığı və karyera dəstəyi mexanizmlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

    Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə Agentliyin əsas fəaliyyət istiqamətləri üzrə görülən işləri və yenilikləri, o cümlədən dövlət proqramları çərçivəsində prioritetləri vurğulayıb. O qeyd edib ki, müasir əmək bazarının tələblərinə cavab verən ixtisasların müəyyənləşdirilməsi, sosial tərəfdaşların cəlb edilməsilə peşə təhsilinin keyfiyyətinin artırılması və məzunların məşğulluğunun təmin edilməsi agentliyin əsas prioritetləri sırasındadır.

    Görüş zamanı peşə təhsili və məşğulluq sahələri arasında əlaqələrin gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi və məzunların məşğulluq imkanlarının artırılması istiqamətində mövcud yanaşmalar və prioritetlər, peşəyönümü xidmətlərin təşkili, karyera mərkəzlərinin fəaliyyəti və özünüməşğulluq proqramı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

    Tərəflər gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi və əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.


    SON XƏBƏRLƏR