q
  • Bakı 12° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Bakının mərkəzi küçələrində nəqliyyat sıxlığı aradan qalxdı

CƏMİYYƏT

23 Aprel 2026 | 10:59

Bakının mərkəzi küçələrində nəqliyyat sıxlığı aradan qalxdı

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı, eləcə də Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində təhlillər aparıblar.

NİİM-dən Bakıvaxtı.az-a bildirilib ki, son vaxtlar qeyd olunan yolayrıclarında nəqliyyat intensivliyinin artması nəzərə alınaraq, avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə:

1. Bəsti Bağırova - Cəfər Cabbarlı küçələrinin kəsişməsində svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 18 saniyə azaldılıb;

2. Cəfər Cabbarlı - Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 12 saniyə artırılıb.

Görülən işlər nəticəsində Bəsti Bağırova küçəsində günün müxtəlif saatlarında təxminən 220 metrdən çox uzunluqda yaranan nəqliyyat sıxlığı tamamilə aradan qalxıb.


SON XƏBƏRLƏR

22 Aprel 2026