• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib

CƏMİYYƏT

21 Iyun 2024 | 18:40

Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 21-dəNaxçıvan şəhərində vətəndaş qəbulu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar təhsilverənlərin sertifikatlaşdırılması, müəllimlərin yerdəyişməsi, xarici diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.


SON XƏBƏRLƏR