• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əminə Ərdoğan: “Qəzza zolağının bərpası üçün fond yaradılmalıdır”

DÜNYA

15 Noyabr 2023 | 17:21

Əminə Ərdoğan: “Qəzza zolağının bərpası üçün fond yaradılmalıdır”

“Qəzza zolağının bərpası üçün fond yaradılmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Birinci xanımı Əminə Ərdoğan noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına ünvanladığı müraciətində deyib.

O bildirib ki, indi həmrəyliyə ehtiyac var: “Birlikdə olanda səsimiz daha güclü gəlir. Gəlin Fələstində sülhü təmin etmək üçün təşəbbüs göstərək. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər strukturların iştirakı ilə Qəzzanın yenidən qurulması üçün fond yaratmaq lazımdır”.

Ə. Ərdoğan vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdəki böhranın həlli üçün təcili tədbirlər görməlidir: “İsrailə və BMT TŞ-in 5 daimi üzvünə müraciət edirəm. Bu münaqişə dayandırılmalıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026