“Ən çox kredit Azərbaycan Dövlət İqtisad Universitetinə verilib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, adıçəkilən universitetə 206 min 500 manat ödənilib. A.Paşayev bildirib ki, həmin məbləği 229 tələbə qazanıb.
İcraçı direktor qeyd edib ki, daha sonra 192 tələbə üçün 176810 manat Bakı Dövlət Universitetinə, 170 tələbə üçün 103 200 manat Gəncə Dövlət Universitetinə, 130 tələbə üçün 102530 manat isə Azərbaycan Texniki Universitetinə ödənilib.
Nuranə Daxilqızı
















