• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bill Qeytsdən koronavirusun təhlükəli ştamı barədə DAHA BİR XƏBƏRDARLIQ

CƏMİYYƏT

07 May 2022 | 01:29 | Müəllif: Qalib İbrahimoğlu

Bill Qeytsdən koronavirusun təhlükəli ştamı barədə DAHA BİR XƏBƏRDARLIQ

Koronavirusun daha təhlükəli, yoluxucu ştamlarının yaranması riski hələ də qalır.

Bakıvaxtı.az xəbər verir ki, bunu milyarder Bill Qeyts deyib.

O, “Financial Times” nəşrinə verdiyi müsahibəsində koronavirusun ölümcül variantı ilə toqquşacağımız riskinin aradan getmədiyini bildirib.

Onun sözlərinə görə, yeni təhlükəli mutasiya yaranması az da olsa var, heç kim pandemiyanı tam istisna edə bilməz (bakupost.az).

"Buna görə də dövlətlər, hökumətlər səhiyyənin təşkilini yüksək səviyyədə qurmalı, pandemiyalara qarşı səfərbər olmalı, maliyyələşməni artırmalıdırlar. Dərmanlar, vaksinlər üzrə elmi işlər ciddi maliyyə yardımı almalıdır.

Omikrondan sonra koronavirusun evolyusiyası gözlənilir”, - deyə Qeyts əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026