• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Natiq Abbasəliyevin oğlunun ölkədən çıxışı QADAĞAN OLUNDU

CƏMİYYƏT

07 May 2022 | 10:48 | Müəllif: Subhan Mahmudov

Natiq Abbasəliyevin oğlunun ölkədən çıxışı QADAĞAN OLUNDU

Müdafiə Nazirliyinin sabiq şöbə müdiri Natiq Abbasəliyevin oğlu Yunis Abbasəliyevin ölkədən çıxışı məhdudlaşdırılıb.

Bakıvaxtı.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, o, dövlətə olan borcunu ödəmədiyi üçün barəsində müvafiq qərar çıxarılıb. Belə ki, Y.Abbasəliyevlə bağlı Dövlət Vergi Xidmətinin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılıb və məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, Y.Abbasəliyevin atası Natiq Abbasəliyev rütbəcə polkovnik-leytenant olub. O, Səfər Əbiyevin müdafiə naziri olduğu dövrdə nazirliyin Maliyyə İdarəsinin şöbə müdiri işləyib.

Bir neçə il öncə Y. Abbasəliyevin Dubayda lüks həyat yaşadığını nümayiş etdirən video yayılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026