• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Hər səhər bir qaşıq yağ içmək faydalıdırmı?

CƏMİYYƏT

06 Iyun 2022 | 07:30 | Müəllif: Qalib İbrahimoğlu

Hər səhər bir qaşıq yağ içmək faydalıdırmı?

Çox insan hər səhər acqarına zeytun, kətan, qara zirə yağı içməklə başlayır. Bu prosedurun öd ifrazını artırdığını, öd yollarının təmizlədiyini, mədə-bağırsağı təmizlədiyini bildirirlər.

Həqiqətənmi səhərlər bir qaşıq yağ orqanizmə faydalıdır?

Bakıvaxtı.az xəbər verir ki, qastroenteroloq, hepatoloq Sergey Vyalov bu metodun çox adamlara zərərli olduğunu deyir.

“İnsanlar bilmir ki, onun öd kisəsində daş var yox yox, öd şirəsi çoxdur, ya azdır, öd axarları tutulub, ya açıqdır? Mədə-bağırsağın vəziyyəti necədir? Bu halda yağ içmək vəziyyəti daha da pisləşdirə bilər. Yağ öd kisəsinin tonusunu artıra bilər, öd daşları tərpənib, öd yollarına düşə bilər, xolesistit ağrıları başlayır, nəticədə xəstə əməliyyat masasına düşə bilər"(bakupost.az).

Onun sözlərinə görə, istənilən yağla, otla təcrübə etməzdən əvvəl öd, qaraciyər yoxlanmalı, UZİ olunmalı, mədə-bağırsaq yoxlanmalıdır. Həkim yağların ziyan olmayacağını dedikdən sonra içmək olar.

"Elə insan var ki, onun öd şirəsi əksinə çoxdur və çox sürətli axır. Bu zaman yağ axını daha da çoxaldır.

Qatı və durğun öd isə daş əmələ gətirir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026