• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ərdoğan Bosniyada səfərdədi

DÜNYA

06 Sentyabr 2022 | 14:33

Ərdoğan Bosniyada səfərdədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada rəsmi səfərdədir.

Bakıvaxtı.az “Anadolu”ya istinadən xəbər verir ki, səfər Balkan ölkələrinə ziyarət çərçivəsində baş tutub.

Türkiyə lideri növbəti günlərdə Serbiya və Xorvatiyaya da gedəcək.

Ərdoğan səfər çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələri, regional sülh, sabitlik və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələləri müzakirə edəcək.

Eyni zamanda bir sıra müqavilələrin imzalanması nəzərdə tutulub.

Səfərdə Ərdoğanı geniştərkibli nümayəndə heyəti müşayiət edir.

Balkan ölkələrinə səfər sentyabrın 8-dək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR