• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

DÜNYA

06 Oktyabr 2022 | 11:42

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Rusiyanın Moldovadakı səfiri Oleh Vasnetsov XİN-ə çağırılıb. 

Bakıvaxtı.az  xəbər verir ki,  bu  barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nika Popesku jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, səfir Rusiyanın Ukrayna ərazilərini ilhaq etməyə qanunsuz cəhdi ilə bağlı Kişinyovun mövqeyini bildirmək üçün çağırılıb. 

Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Moldova referendumların nəticələrini və Ukrayna ərazilərinin qanunsuz ilhaqını tanımır. Nazirlik həmçinin Rusiyanı Ukraynaya qarşı hərbi təcavüzü dayandırmağa çağırıb.

Bundan əvvəl 10-a yaxın Avropa ölkəsi bu ölkələrin müvəqqəti işğal olunmuş ərazilərdə keçirilən “referendum”la bağlı mövqeyini bildirmək üçün Rusiya səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb. Xüsusilə, Latviya, İsveç, Danimarka, İtaliya, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, Çexiya, Estoniya və İsveçrənin Xarici İşlər Nazirlikləri belə tədbirlərə əl atıblar. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026