ABŞ-da 2024-cü il prezident seçkiləri öncəsi kritik hesab edilən Konqres aralıq seçkilərinə sayılı günlər qalıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, noyabrın 8-də keçiriləcək aralıq seçkiləri həm Demokratlar Partiyasının, həm də prezident Co Baydenin taleyini müəyyən edə bilər.
Anketlərdə müvəffəqiyyət göstəricisi aşağı olan və 2024-cü ildə yenidən namizəd olmaq istədiyini dəfələrlə bəyan edən Bayden, seçkiqabağı araşdırmalarını davam etdirir. Bir müddət əvvəl “seçkilərin nəticələrini qəbul etməyənlərin ölkəni xaosa sürükləyəcəkləri” xəbərdarlığını edən Bayden dünən San Dieqoda ölkə gündəmini dəyişə bilə daha bir açıqlama verib: “Eşitdim ki, Respublikaçılar Senatı geri qazansa, məni işdən çıxaracaqlar. Amma məni nəyə görə günahlandıracaqlarını bilmirəm”.
Ölkədə keçirilən son sorğular respublikaçıların səs çoxluğu qazanacağını göstərir.
ABŞ prezidenti Bayden bu vəziyyəti 'kabus ssenarisi' olaraq qiymətləndirir. Respublikaçılar isə Baydenin yüksək inflyasiya və pisləşən iqtisadiyyat səbəbiylə gündəmi dəyişmək istədiyini və ara seçkiləri demokratiyadan üstün tutmağa çalışdıqlarını iddia edirlər.
8 noyabr 2022-ci il aralıq seçkilərində ABŞ xalqı Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 35-i üçün səsverməyə gedəcək.
Aytac Aslan
















