• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu hava limanının işçiləri tətilə hazırlaşır

DÜNYA

05 Noyabr 2022 | 01:30 | Müəllif: Qalib İbrahimoğlu

Bu hava limanının işçiləri tətilə hazırlaşır

Böyük Britaniyanın Hitrou hava limanının işçiləri tətil edəcəklər.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, tətilə hazırlaşan işçilər maaşlarının artırılmasını tələb edirlər.

Həmkarlar ittifaqının yaydığı bəyanata görə, hava limanının 2, 3 və 4 nömrəli terminallarında fasilələr yaranacaq. Qeyd olunub ki, bəzi uçuşlar ləğv olunacaq və gecikmələr meydana gələcək.

700 işçinin noyabrın 18-dən başlayacağı tətil 3 gün davam edəcək.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026