• Bakı 21° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ərdoğan Ciddə şəhərinə gəldi 

DÜNYA

17 Iyul 2023 | 20:20 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Ciddə şəhərinə gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğanı Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Ciddə regional əmirinin müavini Bədir Bin Sultan, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud, Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy, Türkiyənin Yəməndəki səfiri Mustafa Pulat və İslam Əməkdaşlıq Təşkilatının daimi nümayəndəsi səfir Mehmet Mətin Əkər qarşılayıb.

Ərdoğanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşləri gözlənilir.

Onun şərəfinə rəsmi şam yeməyi təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR