Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə çatıb.
Bakıvaxtı.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, dövlət başçısı ərazidəki mövcud durumla tanış olacaq.
Xatırladaq ki, fevralın 6-sı səhər saatlarında Türkiyədə 7.7 maqnitudada zəlzələ baş verib.
***
11:27
Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş vilayətlərə yola düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Ərdoğan həmin bölgələrdə araşdırmalar aparacaq və işləri yerində koordinasiya edəcək.
Prezidentin əvvəlcə Kahramanmaraş şəhər mərkəzinə, daha sonra Pazarcık mahalına keçəcəyi gözlənilir.
R.T.Ərdoğanın daha sonra Hatayda gedəcəyi planlaşdırılır.
Murad Məmmədli













jpg-1678426820.webp)





