• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğanla Putin bu məsələləri nəzərdən keçirəcək - Lavrov AÇIQLADI

SİYASƏT

25 Sentyabr 2021 | 21:51 | Müəllif: Subhan Mahmudov

Ərdoğanla Putin bu məsələləri nəzərdən keçirəcək - Lavrov AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Ərdoğan Soçidə baş tutacaq görüşdə Suriyadakı terrorçularla bağlı və müxaliflərin sərhədinin müəyyən edilməsi məsələsini müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov danışıb.

"İki il əvvəl İdlibin eskalasiya zonasındakı vəziyyətlə əlaqədar xüsusi müqavilə bağladığımız türk ortaqlarımızla danışırıq. Bir neçə gündən sonra Rusiya və Türkiyə prezidentlərinin növbəti görüşü baş tutacaq, burada bu öhdəliyin necə yerinə yetirilməsi məsələsi əsaslı şəkildə nəzərdən keçiriləcək. Bu öhdəliklər yavaş -yavaş yerinə yetirilir ", - Lavrov vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026